Bakıda yeniyetmə qız itkin düşüb.
Sabunçu rayonu ərazisində yaşayan 17 yaşlı F. Əhmədova mayın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə onun anası polisə müraciətində bildirib.
Müraciətlə əlaqədar Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.