Beyləqanda yaşlı qadının yaşadığı evdə meyiti tapıldı - BOĞULARAQ ÖLDÜRÜLÜB

Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapılıb.

Stopnarkotik.az teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Bolsulu kəndində baş verib.

Kənd sakini 1958-ci il təvəllüdlü Mustafayeva Nazilə Hüseyin qızı yaşadığı evdə ölü vəziyyətdə aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, N.Mustafayeva yaşadığı evdə boğularaq öldürülüb.

Faktla bağlı araşdırma başlanıb.