Bizi "narkotik bombardmanı"na tutan İran və onun Azərbaycanla "din və mədəniyyət yolu iə yaxınlaşmaq istəyi"...

İran Azərbaycanla din və mədəniyyət yolu ilə yaxınlaşmağa hazırdır. İran və Azərbaycan dini və mədəni əlaqələrin inkişafı üçün əhəmiyyətli perspektivlər görürlər. Bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə deyib.

Stopnarkotik.az bildirir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytı xəbər verir.

Söhbət zamanı Azərbaycanda mövcud dini tolerantlıq və multikulturalizm mühiti, müxtəlif konfessiyaların təhlükəsiz və azad fəaliyyət göstərməsi üçün yaradılan şərait barədə ümumi məlumat verilib.

Məmmədov qeyd edib ki, dövlətin dini siyasəti praktikada özünü göstərir: ölkədə dini əhəmiyyət kəsb edən məbədlər və abidələr tikilir və yenidən qurulur, yerli icmalar onların fəaliyyətinə maliyyə dəstəyi alırlar.  

Stopnarkotik.az

P.S. Azərbaycan onsuz da dini baxımdan İrandan çox təsirlənib. Bu indi də belədir. Bu tendensiyaya ən çox “Aşura kultu”nu nisal göstərmək olar. İran dini və mədəni təsirini “yumşaq güc” kimi istifadə edib. İranın yumşaq gücünə məruz qalma bizi onu siyasi təsirinə qarşı müdafiəsiz duruma salır. Bu “dini və mədəni yaxınlıq” İranın bir əli ilə “başımızı tumarlamasına”, digər əli ilə də Ermənistanı “itiləyib” üzərimizə salmasına mane olmadı, əksinə əhalimizin ona qarşı ideoloji müqavimətsizliyinə yol açdı. Bu baxımdan ölkəmizi “narkotik bombardmanı”na tutan İranla “dini və mədəni” yaxınlaşmaq istəyinə ehtiyatla yanaşmaqda fayda var.