Azərbaycanda dələduzluq etməkdə şübhəli bilinərək axtarışa verilən şəxslərin saxlanılması üçün tədbirlər davam etdirilir.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının aprelin 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.