Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəlir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri planlaşdırılır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcək.