Moskva İrəvanla Tramp yolu üzrə razılaşmaq istəyir - Rusiya XİN

Moskva "Tramp Yolu" təşəbbüsünün parametrləri və Rusiyanın mümkün iştirakı ilə bağlı Yerevanla məsləhətləşmələrə hazırdır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat açıqlayıb.

Rusiya XİN-nin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin RİA Novosti-yə bildirib ki, "Mahiyyətcə, qarşımızda üçtərəfli işçi qrupu (Overçuk-Qriqoryan-Mustafayev) çərçivəsində razılaşdırılmış marşrutun bir hissəsi var".

“Bundan başqa, region Rusiya dəmir yolu xətlərindən istifadə edir və "Tramp Marşrutu" əsasən Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək”, deyən Kalugin hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü nəzərə alındıqda, tərəfdaşların Rusiyasız keçinə bilməyəcəyi aydındır.

Stopnarkotik.az