FTB agentləri ABŞ paytaxtına yerdildi

ABŞ ordu rəhbərliyi gənclər arasında cinayət əməlləri və zorakılıqla mübarizə aparmaq üçün Milli Qvardiya qoşunlarını Kolumbiya dairəsindəki Vaşinqtona göndərməyə hazırlaşır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə rəsmi orqanlar məlumat sızdırıb. Bu məlumata görə, ABŞ ordusunun prezident Trampın ölkənin paytaxtında krimininala qarşı genişmiqyaslı əməliyyatlar çərçivəsində yüzlərlə Milli Qvardiyanın Vaşinqtona göndərilməsinə hazırlıq görülür.

Hazırlıq ondan başlayıb ki, ölkənin hər yerindən olan 120 FTB agenti artıq bu gecədən etibarən Vaşinqton DC küçələrində patrul etməyə və avtomobil qaçırılan qaynar nöqtələrdə ərazi polislərinə kömək etməyə başlayıblar.

Stopnarkotik.az