Gəncədə 33 yaşlı kişi narkotikin təsirindən komaya düşdü

Gəncədə 33 yaşlı şəxs narkotik vasitənin təsirindən komaya düşüb.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1992-ci il təvəllüdlü O. Abbasov yüksək dozada narkotik qəbul edən zaman komaya düşüb.

33 yaşlı kişi xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./apa