Gəncədə oğul yaşlı anasını döyüb xəstəxanalıq etdi

Gəncədə 83 yaşlı qadın oğlu tərəfindən döyülüb.

Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini 1942-ci il təvəllüdlü D.Əliyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaşlı qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildilir.

Faktla bağlı araşdırma aparılır.