Gürcüstanda YENİLİK: YENİYETMƏLƏRİ CİNAYƏTƏ CƏLB ETMƏYİN CƏZASI AĞIRLAŞDIRILIR / VİDEO

Gürcüstan yetkinlik yaşına çatmayanları cinayətə cəlb etməyə görə cəzaları artırır.

Stopnarkotik.az xəbər verir ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklər böyüklər üçün yeni ağırlaşdırıcı hal tətbiqini nəzərdə tutur.

Əgər 14 yaş və ondan yaşca daha böyük yeniyetmə cinayətdə iştirak edərsə, həmin cinayətdə iştirak edən yetkin şəxsin cəzasına minimum bir il əlavə olunacaq. 

Əgər cinayətdə 14 yaşdan kiçik uşaq iştirak edərsə, yetkin şəxs üçün minimum cəza cinayətə görə maksimum cəzanın ən azı üçdə ikisini təşkil edəcək.

Məsələn, oğurluğa görə yetkin şəxs üçün cəza 3 ildən 4 ilə qədər artırılacaq, əgər cinayətdə 14 yaşdan kiçik uşaq iştirak edərsə, minimum cəza 6 il olacaq.

Stopnarkotik.az