Həbsdə olan 3 yeniyetmə azadlığa buraxıldı

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı həbsdə olan yeniyetmə məhkumlara da şamil olunub.

Stopnarkotik.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar xidmənin yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində də aktın icrası həyata keçirilib.

Bu gün cəzaçəkmə müəsssisəsindən 3 yeniyetmə azadlığa buraxılıb.