Yekaterinburq şəhərində, Kirov rayon məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınski və digər azərbaycanlıların həbs müdətini yarım il uzadıb.
Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarına görə, Şıxlınski və 2001–2011-ci illərdə qətllər və sui-qəsdlərdə ittiham olunan azərbaycanlılar 31 may 2026‑cı ilə qədər həbsdə qalacaqlar.
Növbəti məhkəmə iclası 15 yanvar 2026‑cı il tarixində keçiriləcək və orada məhkəmə heyətinin seçimi baş tutacaq.
Xatırladaq ki, Şahin Şıxlınski və oğlu Mutvalı 1 iyulda Yekaterinburqda həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılmışdılar. Bu əməliyyat, daha sonra digər azərbaycanlıların kütləvi həbsi ilə müşayiət olunmuşdu.
Həmin olaylar zamanı 2 azərbaycanlı da rus “OMON”u tərəfindən vəhşicəsinə öldürülmüşdü.