Noyabrın 9-da Almaniyadan İstanbula gələn və Fatihdəki hoteldə qalan Böcek ailəsinin faciəli ölümü bütün Türkiyəni sarsıdıb. Ana və iki azyaşlı uşağın ölümü ilə nəticələnən hadisədən sonra günlərlə reanimasiyada həyat uğrunda mübarizə aparan ata Servet Böcek də noyabrın 17-də vəfat edib.
"A Haber" xəbər verir ki, ilkin araşdırmalara əsasən, ailə üzvlərinin alüminium fosfid tərkibli maddə ilə zəhərləndiyi ehtimal olunur. İstintaq həmin zəhərli maddənin hotelin dezinfeksiya işləri zamanı vanna otağındakı ventilyasiya dəliyindən otağa sızdığını güman edir.
Hadisə ilə bağlı məsuliyyət daşıdığı iddia edilən dörd nəfər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Türkiyənin İstanbul şəhərində qida zəhərlənməsi şübhəsi ilə xəstəxanada həyatını itirən ana və iki uşağının ölümü ilə bağlı saxlanılanların sayı artıb.
Bu barədə "TRT News" xəbər verir.
Məlumata görə, istintaq çərçivəsində saxlanılanların sayı 11-ə çatıb.
Xatırladaq ki, Beşiktaşdakı bir restoranda yemək yedikdən sonra qida zəhərlənməsi şübhəsi ilə Fatih rayonunda qaldıqları hoteldən xəstəxanaya aparılan Kadir Muhammet və Masal Böcek, eləcə də onların anaları Çiğdem Böcek həyatlarını itiriblər. Ata Servet Böceyin xəstəxanada müalicəsi davam edir.
Polis Almaniyadan gələn ailənin qaldığı hoteldəki araşdırmaları başa çatdırıb, müştərilər təxliyə edilib və hotel bağlanıb, qapısı möhürlənib.
Ailə üzvlərinin yediyi yeməklərdən nümunələr götürülüb və laboratoriyada yoxlamalar davam edir.
Üç nəfərin ölümünün dəqiq səbəbləri aparılacaq analizlərdən sonra müəyyən ediləcək./oxu.az