İyunun 16-da səhər saatlarında İran Silahlı Qüvvələri İsrailə kütləvi raket hücumu etməsi nəticəsində azı üç nəfər ölüb.
Bu barədə İsrailin Milli Tibbi Xidmətindən (MTX) bildirilib.
“Mərkəzin atəşə tutulmasından sonra üç ölü var”, – telekanal MTX-dən əldə etdiyi məlumatı nəql edib.
Eyni zamanda, MTX sosial şəbəkədə 67 nəfərin yaralandığını açıqlayıb. Onlardan 60-nın vəziyyəti yüngül, 6-nın orta ağır, 30 yaşlı qadının isə kritik olduğu qeyd olunub.
Yerli KİV genişmiqyaslı dağıntılar barədə məlumat verir, xilasedicilər binaların dağıntıları altında qala biləcək sağ qalanları axtarmağa davam edirlər.