Kürdə meyiti tapılan 70 yaşlı qadının ölüm səbəbi bəlli oldu

Mingəçevirdə Kür çayında meyiti tapılan 70 yaşlı qadının ehtiyatsızlıqdan öldüyü məlum olub.

Stopnarkotik.az xəbər verir ki, şəhər sakini, 1955-ci il təvəllüdlü Qəmər Kazım qızı Hüseynova Mingəçevir şəhərindəki Sahil Parkı ərazisində gəzərkən ehtiyatsızlıqdan Kür çayına düşüb.

Park ərazisindəki şəxslər qadını çaydan sağ çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.