Lerikdə 21200 ədəd xaş-xaş kolu məhv edildi - FOTO

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mistan kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Ümumi çəkisi 5300 kiloqram olan 21200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Image 1 of 2