Milyarder Süleymanov iki qətldə ittiham olunur

Dağıstan əsilli milyarder İbrahim Süleymanov 2 nəfərin qətlində və bir nəfəri öldürməyə cəhddə ittiham olunur.

RİA Novosti tərəfindən araşdırılan məhkəmə sənədlərinə görə, Vnukovo Hava Yolları həmkarlar ittifaqı təmsilçisi Gennadi Borisovu, Maliyyə Bərpası və İflas üzrə Federal Xidmətin (FSFO) keçmiş rəhbəri Georgi Talın qıtlində və vəkil İlya Perequdovu öldürməyə cəhddə günahlandırılır.

Sənəddə deyilir: "1999-cu ildə Vnukovo Hava Yollarında yerüstü xidmət işçiləri həmkarlar ittifaqı komitəsinin sədri Gennadi Borisovun qətli ilə bağlı cinayət işi açılıb. Digər iki cinayət işi bir icraatda birləşdirilib".

Sənədlərdə göstərilir ki, ikinci iş Talın qətli, üçüncüsü isə 2021-ci ildə vəkil İlya Perequdovun qətlinə cəhddir.

Sənədlərdə deyilir ki, Süleymanovun bu cinayətlərdə iştirakı şahid və zərərçəkmişin ifadələri, eləcə də istintaq məlumatları ilə təsdiqlənir. Müdafiə tərəfi isə işdə günahın sübutunun olmadığını iddia edir.

Moskvanın Basmannı Məhkəməsi Süleymanovu oktyabrın əvvəlində iki qətl və bir qətl cəhdinin təşkilində ittiham edərək həbs edib. O, günahını inkar edir.

Məhkəmə daha sonra Süleymanovun həbs müddətini fevral ayına qədər uzadıb.

Məhkəmədə Süleymanov 2000-ci illərin ortalarında fırıldaqçılıq və çirkli pulların yuyulmasında təqsirli bilindiyini və on ildən çox müddətə azadlıqdan məhrum edildiyini bildirib. O, həmçinin özünü "İT şirkətinin səhmdarı" kimi təqdim edib./azpolitika.info