"Narkomaniyaya yox deyək!” - İMİŞLİDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB / FOTO

İmişli Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 7 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açıb. Bildirib ki, bütün təhsil müəssisələrində şagirdlərlə bu istiqamətdə görüşlər keçirilir, gələcəyimiz olan fidanlara zərərli maddələrin mənfi cəhətləri barədə geniş məlumatlar verilib.

Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

**

**