“Növbədə körpülər, elektrik stansiyalarıdır!" - TRAMP İRANI HƏDƏLƏDİ

ABŞ prezidenti Donald Tramp İranı növbəti dəfə hədələyib.

Tramp Truth social media platformasında yazıb ki, Tehran razılığa gəlməsə, İrandakı körpüləri və elektrik stansiyalarını dağıdacaqlar.

"Dünyanın ən böyük və ən güclü ordusu – ABŞ ordusu İranda qalanları hələ dağıtmağa başlamayıb. Növbədə körpülər, sonra elektrik stansiyalarıdır!"

O, əlavə edib ki, İrandakı yeni rəhbərlik "nəyin edilməli olduğunu bilir və bunu tez bir zamanda etmək lazımdır".