Ölkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - MƏHV EDİLDİ

Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 10000 ədəd “Qlisin Biokor” B1 və B6 vitaminləri ilə” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.