Qaradağ rayonunda silah-sursat aşkarlandı

Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbirlər nəticəsində 1 tapança, 1 patron darağı və 7 patron tapılaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Faktlarla bağlı araşdırma aparılır.