Ərazi bütövlüyünü tanıyın, münasibətləri düzəldək - GÜRCÜ SPİKERDƏN AÇIQLAMA

Gürcüstan ərazi bütövlüyünün tanınması müqabilində Rusiya ilə münasibətləri yaxşılaşdırmağa hazırdır.

Parlamentin sədri Şalva Papuaşvili Rusiya Xarici İşlər Nazirliyinin Gürcüstanla münasibətləri normallaşdırmaq istəyi ilə bağlı açıqlamasına belə münasibət bildirib. 

"Moskva Gürcüstanla münasibətləri normallaşdırmağa ciddi şəkildə sadiqdir. Əsas odur ki, bu, Rusiya əleyhinə oyunlarda "sövdələşmə çipi"nə çevrilməsin. Tiflis sağlam praqmatizm və xarici siyasətdə çoxvektorlu yanaşmaya meyl nümayiş etdirir", deyə Rusiya XİN-nin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin RİA Novosti-yə verdiyi müsahibədə bildirib.

Stopnarkotik.az