Trampdan AÇIQLAMA: Venesuela kartelinin ikinci narkotik gəmisi vuruldu/VİDEO

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Venesuelanı ölkənin dəniz obyektlərinə yeni zərbə endirməklə hədələyib. Amerika lideri bu barədə Nyu-Yorkdan Vaşinqtona qayıdarkən jurnalistlərə bildirib.

Stopnarkotik.az xəbər verir ki, o, Venesuela kartelinin ikinci narkotik gəmisinin vurulduğunu bildirib. Trampın dediyinə görə, bu dəfə “üç terrorçu” məhv edilib

Tramp “narkokartellərlə mübarizə” üçün Karib hövzəsinə göndərilən Amerika döyüş gəmilərinin öz missiyalarını yerinə yetirməyə davam edəcəklərini vurğulayıb.

"Venesueladan həddən artıq çox narkotik gəlir. Narkotiklə birgə ABŞ-a girən çoxlu Tren de Aragua üzvləri var. Onlar qaçmağa çalışırlar, lakin biz onları sərhəddə uğurla dayandırırıq", deyə prezident bu tədbirləri həm narkotik ticarəti, həm də cinayətkar qruplarla mübarizənin zəruriliyi ilə izah edib.

Venesuelaya mümkün zərbələr barədə sualı cavablandıran Tramp açıq şəkildə bildirib ki, Karib dənizində narkotiklərlə əlaqəli gəmilər aşkar edilərsə, belə bir ehtimalı istisna etmir.

Karakasın “balıqçı gəmisi” adlandırdığı gəmi ilə bağlı insidenti şərh edən Tramp deyib ki, ABŞ bu gəminin narkotik maddələr daşıdığını təsdiqləyən bütün lazımi kəşfiyyat məlumatlarına malikdir.

Eyni zamanda ABŞ prezidenti Venesuela ərazisinə birbaşa hərbi zərbə endirilməsi ehtimalı ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb. 

Stopnarkotik.az