Hollandiyanın Almelo şəhərində bir uşaq tərkibində çətənə olan Haribo konfetlərini yedikdən sonra komaya düşüb.
Stopnarkotik.az bildirir ki, bu barədə "VRT News" xəstəxana nümayəndəsinə istinadən xəbər verib.
Klinikadan jurnalistlərə bildiriblər ki, "tərkibində çətənə olan şirniyyatı yeyən iki uşaq i lkin olaraq Almelodakı xəstəxanaya aparılıb. Onlardan biri ağır koma vəziyyətində olub və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib. Hazırda hər iki uşaq yaxşıdır".
Jurnalistlər dəqiqləşdirib ki, şirniyyatlar məktəbəqədər yaşlı uşaqlar tərəfindən istehlak edilib.
"VRT News" xəbər verib ki, Hollandiya hüquq-mühafizə orqanları hazırda narkotik maddənin konfetlərin qablaşdırmasına necə daxil olduğunu araşdırır.
Mayın 29-da Hollandiya Kənd Təsərrüfatı Nazirliyinin Ərzaq və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsi Haribo konfetlərində çətənə aşkarlandığını təsdiqləyib və onlar satışdan geri çağırılıb. Bir neçə nəfərin konfetləri yedikdən sonra özünü pis hiss etdiyi bildirilir. Bundan əlavə, eyni səbəbdən Belçikada Haribo konfetlərinin partiyası geri çağırılıb - söhbət 2026-cı ilin yanvarında bitmə tarixi olan "Happy Cola F!ZZ" saqqızlarının kiloqramlıq paketlərindən gedir.
Stopnarkotik.az