Türkiyə Daxili İşlər Nazirliyinin keçirdiyi “NARKOKAPAN-Ankara” əməliyyatı nəticəsində 525 nəfər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.
Onun sözlərinə görə, bu, Türkiyə Respublikası tarixində narkotikə qarşı ən böyük əməliyyatdır: "Bu gün səhər saat 05:00-da başlayan respublika tariximizin ən böyük narkotik əməliyyatını paytaxtımız Ankarada həyata keçirdik”.
Nazir qeyd edib ki, əməliyyata 4 min 768 polis, 1461 xüsusi təyinatlı, 40 xüsusi təlim görmüş detektor it, 4 PUA və hava dəstək ünsürləri qatılıb. Onlar 626 fərqli ünvanda eyni zamanda əməliyyat keçirərək 525 nəfəri saxlayıblar. Əməliyyat davam edir.
“NARKOKAPAN-ANKARA” operasyonumuzda 525 torbacı gözaltına alındı.
Bugün sabah 05.00’da başlayan Cumhuriyet tarihimizin en büyük uyuşturucu operasyonunu Başkentimiz Ankara’da gerçekleştirdik:
Bu operasyonumuzun adı “NARKOKAPAN-ANKARA”
🟥 Operasyondaki hedefimiz özellikle… pic.twitter.com/pXugtGksTI— Ali Yerlikaya (@AliYerlikaya) April 17, 2025