Ukrayna Müdafiə Qüvvələri Həştərxan qaz emalı zavoduna uğurlu zərbə endirib.
Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Zərbə nəticəsində partlayışlar və yanğın qeydə alınıb. Bu barədə APU-nun Baş Qərargahının Telegram-dakı məlumatında deyilir.
“Dekabrın 15-nə keçən gecə düşmənin partlayıcı maddələr istehsal etmək imkanlarını azaltmaq üçün Ukrayna Müdafiə Qüvvələri düşmənin strateji obyektini – Həştərxan qaz emalı zavodunu uğurla vurub”, - məlumatda deyilir.
Həştərxan qaz emalı zavodu Rusiyanın neft və qaz sənayesinin əsas müəssisələrindən biridir.
Stopnarkotik.az