Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahın məlumatına görə, Rusiyanın Taqanroqdakı təyyarə zavoduna, dron istehsalı müəssisəsinə, Şesxaris neft terminalına, Tuapsedəki neft emalı zavoduna və ehtimal ki, eksperimental A-60 təyyarəsinə zərbə endirilib.
Taqanroqda “Beriyev Təyyarə Təmiri Zavodu” (A-50 AWACS və Tu-95MS strateji bombardmançı təyyarələrinə xidmət göstərir) və “Molniya” dron istehsalı müəssisəsinə (Atlant Aero) ziyan dəyib. Bu müəssisələrdə çoxsaylı partlayışlar və böyük yanğınlar qeydə alınıb. İlkin məlumatlara görə, eksperimental A-60 təyyarəsinə zərər dəymiş ola bilər.
Stopnarkotik.az