Xaçmaz şəhərində 20 yaşlı gənc dəm qazından boğularaq ölüb.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Sara Xatun küçəsində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ayxan Rəşid oğlun Rəhmanovun meyiti yaşadığı evin mətbəxində aşkarlanıb.
İlkin ehtimala görə, o, dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.