Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, 5 çağırış Milli Məclisin deputatı idi.
2002-ci ildə Prezidentin Fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.
Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.