Ağcabədidə narkotikin zərərləri haqda maarifləndirici tədbir - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşları çıxışlarında narkotik vasitələrin insan orqanizminə, psixoloji durumuna və sosial həyatına vurduğu ciddi zərərlər barədə məlumat veriblər. 

Qeyd olunub ki, narkomaniya gənclərin inkişaf yolunda ən böyük təhlükələrdən biridir.

Yeniyetmələrə narkotikin təhlükəli sosial təsirlərindən qorunma yolları və riskli hallarla qarşılaşdıqda polisə müraciət edilməsinin vacibliyi ətraflı şəkildə izah olunub.

Görüşün sonunda maraq doğuran suallar cavablandırılıb və mövzu ilə bağlı videoçarx göstərilib.

**