Bakıda 28 yaşlı qadın 61 yaşlı "ərini" bıçaqlayıb öldürdü

İyunun 8-də saat 01 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qətl hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, 28 yaşlı Nigar İbrahimli aralarında yaranmış münaqişə zəminində tanışı 61 yaşlı Hikmət Məmmədova bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən H.Məmmədov orada ölüb. N.İbrahimlə Hikmət Məmmədovun qeyri-rəsmi nikahda yaşadığı iddia olunur.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə N.İbrahimli saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.