Bakıda online qumar oynayan iki nəfər cərimə olundu

Bakının Nərimanov rayonunda qumar oyunu ilə məşğul olan iki nəfər inzibati məsuliyyətə cəlb edilib.

Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Əmir Babayev (ad-soyad şərti verilib – red.) “Pinup” online qumar saytında qumar oyunları oynayıb.

Nəticədə həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.

Ə. Bayramovun stamatoloq işlədiyi bildirilir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 3 min manat miqdarından cərimə olunub.

Bundan başqa, Nərimanov rayonu ərazisində Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Samir Vəliyevin də “Pinup” online qumar saytında qumar oyunları oynaması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilib və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun qumar oyunundan əldə etdiyi 2034 manat pul vəsaiti dövlət nəfinə müsadirə edilib və barəsində 3000 manat miqdarında cərimə tətbiq edilib./teleqraf.az