Bərdədə arvadını bıçaqlayan şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadının bıçaqlamaqda təqsirləndirilən İsbəndiyar Fətəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ona şərti cəza verilib. 

İttihama görə, hadisə 09 sentyabr 2024-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu ərazisində qeydə alınıb.

Belə ki, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan İsbəndiyar Fətəliyev müvəqqəti kirayədə yaşadığı ünvanda həyat yoldaşı A.Süleymanova ilə aralarında ailə-məişət zəminində mübahisə yaranıb. Bu zaman qadın onu təhqir edib. Bundan əsəbiləşən İsbəndiyar üzərində gəzdirdiyi bıçaqla arvadına ümumilikdə 4 zərbə endirərək, ona bədən xəsarətləri yetirib.

Hadisədən sonra İsbəndiyar Fətəliyev saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib./pravda.az