Azərbaycanda dələduzluq edən şəxslərin saxlanılması üçün polis tərəfindən tədbirlər davam edir.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının iyulun 12-də və 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.