Gəncədə 24 yaşlı gənc iki qardaşı bıçaqladı - YENİLƏNİB

Gəncədə iki qardaşı bıçaqlamaqda şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Gəncə şəhər sakini, 2001-ci il təvəllüldü Fərid Qurbanovdur.

Belə ki, Fərid Qurbanov aralarında baş verən mübahisə zamanı 1999-cu il təvəllüdlü Dilsuz Qazıyevi və onun qardaşı 1993-cü il təvəllüdlü Vüqar Qazıyevi bıçaqlayıb.

Hazırda hadisəni törədən şəxsin yerinin müəyyən olunması istiqamətində axtarışlar davam etdirilir.

***09:16 

Gəncədə iki qardaş bıçaq xəsarəti alıb. 

Hadisənin şəhərin Gülüstan qəsəbəsində baş verdiyi bildirilir. 

Şəhər sakinləri 1993-cü il təvəllüdlü Vüqar Qazıyev və qardaşı 1999-cu il təvəllüdlü Dilsuz Qazıyev bədənlərinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.