GORANBOYDA DƏHŞƏT: 15 yaşlı oğlan anasını və nənəsini qətlə yetirdi / YENİLƏNİB

Goranboyda iki nəfəri qətlə yetirən şəxs saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

***02:13

Goranboyda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.

Belə ki, iki qadın 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni L. İsmayılovanın oğlunun törədiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.