Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb - YENİLƏNİB

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.07.2025-ci il tarixində saat 14:30 radələrində Goranboy rayon sakini 1979-cu il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

***16:49

Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.

Hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.

Belə ki, şəhərcikdə yaşayan 1979-cu il təvəllüdlü Aynur Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb. Qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./apa