Klublararası dünya çempionatı: ilk finalçı bəlli oldu - VİDEO

Klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

Stopnarkotik.az xəbər verir ki, yarımfinalın birinci matçında İngiltərənin “Çelsi” komandası Braziliyanın “Fluminense” klubu ilə üz-üzə gəlib. 

Rəqibinə 2 cavabsız qolla qalib gələn London təmsilçisi adını finala yazdırıb.

Qeyd edək ki, yarımfinalın digər görüşü iyulun 9-da “Real Madrid” və PSJ arasında olacaq.