Lənkəranda örüş sahəsində meyiti tapılan kişinin qətlə yetirildiyi məlum olub.
Hadisə rayonun Vilvan kəndində baş verib.
Kənd sakini, 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə getsə də, geri qayıtmayıb. Ailə üzvlərinin axtarışları zamanı onun meyiti örüş sahəsində aşkarlanıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu, 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə saxlanılıb.