Məhkəmə sələmçini qətlə yetirən hərbçi ilə bağlı QƏRAR VERDİ

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Elvin Əsədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Stopnarkotik.az xəbər veri ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Hadisə ötən il dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Rəsmi məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hərbçi olmuş Elvin Əsədova Cinayət Məcəlləsinin tamah məqsədilə qəsdən adam öldürmə maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişin hüquqi varisi isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, apellyasiya şikayəti isə qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və iş üzrə yeni ittiham hökmü çıxarılıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirli bilinərək cəzası 12 ildən 14 ilə qaldırılıb./pravda.az