“Ölüm həkimi” və onun 12 qurbanı - ŞOK QƏTL SERİALI

Fransa məhkəməsi anestezioloq Frederik Pesyeri 12 xəstəni öldürməkdə və daha 30 xəstəni zəhərləməkdə günahkar bildikdən sonra ömürlük həbs cəzasına məhkum edib. Bu barədə “The Guardian” xəbər verir.

O, təxminən on il ərzində Bezansondakı özəl klinikalarda insanları qəsdən zəhərləyib, anestezik dərmanlar və parasetamolu əvəz edib yaxud dəyişdirib. Qurbanların yaşları 4 ilə 89 arasında dəyişirmiş.

"Ölüm həkimi" ləqəbli Pesye bəzən cinayətlərini ört-basdır etmək üçün qurbanlara reanimasiya prosedurları həyata keçirirmiş. Məhkəmə həmçinin müəyyən edib ki, həkim qurban kimi münaqişələri və ya rəqabətləri olan həmkarlarının xəstələrini seçib.

İstintaqda izah olunmayan ürək dayanmaları da daxil olmaqla, 70-dən çox xəstə ağırlaşması halı araşdırılıb. Günahkarlığını inkar etməsinə baxmayaraq, məhkəmə onu seriya qatili kimi tanıyıb və on gün ərzində apelyasiya şikayəti vermək hüququ ilə ömürlük həbs cəzasına məhkum edib.

Stopnarkotik.az