Qazaxıstan parlamentinin aşağı palatası "pedofiliya və qeyri-ənənəvi cinsi oriyentasiya təbliğatının" yayılmasını qadağan edən qanun layihəsini təsdiqlədi.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
"Kütləvi İnformasiya Vasitələri haqqında", "Onlayn platformalar və onlayn reklam haqqında" qanunlara və digər qaydalara dəyişikliklər edilib. Məclisdə qeyd edilib ki, tədbirlər "uşaqları onların sağlamlığına və inkişafına zərərli olan məzmundan qorumaq" məqsədi daşıyır.
Yeni düzəlişlərə əsasən, yetkinlik yaşına çatmayanlara yönəlmiş qanunsuz məzmunun yayılması cərimə və ya 10 günə qədər həbslə cəzalandırılır. Bununla belə, 18+ yaş həddi olan yetkinlər üçün məzmun məhdudiyyətsiz göstərilə bilər.
Stopnarkotik.az