Rusiyada da elektron siqaret və tütün satışı qadağan olunur

Rusiya Dövlət Duması 1 sentyabr 2026-cı il tarixindən etibarən ictimai nəqliyyat dayanacaqlarında veyp və tütün satışını qadağan edən qanun qəbul edib.

Stopnarkotik.az xəbər verir ki, Dövlət Duması çərşənbə günü keçirilən iclasında həm şəhər, həm də şəhərətrafı ərazilərdə ictimai nəqliyyat dayanacaqlarında veyplər də daxil olmaqla, bütün nikotin tərkibli məhsulların satışını qadağan edən qanunu ikinci və üçüncü (yekun) oxunuşda qəbul edib.

Lakin, şəhər və şəhərətrafı ərazilərdəki bütün ictimai nəqliyyat dayanacaqlarında tütün məhsullarının və ya nikotin tərkibli məhsulların, qəlyanların və nikotin istehlak edən cihazların pərakəndə satışına qoyulan qadağa, dayanacaqda yerləşən pərakəndə satış məntəqəsinin ərazidə bu cür məhsulların satıldığı yeganə yer olduğu hallara şamil edilmir.

Stopnarkotik.az