Gəncə Ağır Cinayətlər Məhkəməsində oğlunu bıçaqlamaqda təqsirləndirilən Xanım İmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə X.İmanova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək ona 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edib.
İttihama görə, hadisə 2023-cü il sentyabrın 15-də Tərtər rayonunda baş verib. Tərtər şəhəri H.Əliyev prospektində yaşayan 1965-ci il təvəllüdlü Xanım İmanova yaşadıqları evdə oğlu, 32 yaşlı Nahid İmanlını bıçaqlayıb.
Ailədaxili münasibətlərin pozulması nəticəsində baş verən hadisədə sol döş qəfəsinin aşağı arxa hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri alan N.İmanlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanıb.