Türkiyə Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazır olduğunu açıqlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TRT World məlumat verib.
Türkiyə Müdafiə Nazirliyi atəşkəs əldə edildikdən sonra Ukraynaya yerləşdirilə biləcək beynəlxalq qüvvələrə öz qoşunlarını göndərməyə hazır olduğunu təsdiqləyib. Ankara vurğulayır ki, əvvəlcə davamlı atəşkəs yaradılmalı, bundan sonra missiyanın mandatı və hər bir ölkənin töhfəsi müəyyən ediləcək. Müdafiə Nazirliyi bildirib ki, Türkiyə ordusu "bölgəyə təhlükəsizlik və sabitlik gətirəcək hər hansı bir təşəbbüsü dəstəkləməyə hazırdır".
Bu açıqlama Fransa prezidenti Emmanuel Makronun Fransa, Birləşmiş Krallıq və Türkiyənin missiyada mümkün iştirakından bəhs etməsindən sonra verilib. London artıq yerləşdirilməyə hazır olduğunu təsdiqləyib: Böyük Britaniyanın Müdafiə naziri Con Healey planlaşdırmanın başa çatdığını, missiyanın bölmələrinin və gələcək qərargahlarının müəyyən edildiyini və qoşunların yerləşdirilməsinə sülh əldə edildikdən sonra başlayacağını açıqlayıb.
Türkiyə Müdafiə Nazirliyi atəşkəs əldə edildikdən sonra Ukraynaya yerləşdirilə biləcək beynəlxalq qüvvələrə öz qoşunlarını göndərməyə hazır olduğunu təsdiqləyib. Ankara vurğulayır ki, əvvəlcə davamlı atəşkəs yaradılmalı, bundan sonra missiyanın mandatı və hər bir ölkənin töhfəsi müəyyən ediləcək. Müdafiə Nazirliyi bildirib ki, Türkiyə ordusu "bölgəyə təhlükəsizlik və sabitlik gətirəcək hər hansı bir təşəbbüsü dəstəkləməyə hazırdır".
Bu açıqlama Fransa prezidenti Emmanuel Makronun Fransa, Birləşmiş Krallıq və Türkiyənin missiyada mümkün iştirakından bəhs etməsindən sonra verilib. London artıq yerləşdirilməyə hazır olduğunu təsdiqləyib: Böyük Britaniyanın Müdafiə naziri Con Hili planlaşdırmanın başa çatdığını, missiyanın bölmələrinin və gələcək qərargahlarının müəyyən edildiyini və qoşunların yerləşdirilməsinə sülh əldə edildikdən sonra başlayacağını açıqlayıb.
Stopnarkotik.az