Vətəndaşların 25 min manatını ələ keçirən şəxslər saxlanıldı

Paytaxtın ayrı-ayrı rayonlarında 3 vətəndaşa dələduzluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən – 39 yaşlı A.Hətəmov, 30 yaşlı T.Əlizadə və 28 yaşlı M.Şükürov müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Səbail rayonu ərazisində bir nəfərin bank kartından 105 manatını oğurlamaqda şübhəli bilinən 19 yaşlı N.Piraliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.