Ağcabədidə kanaldan kişi meyiti tapıldı

Ağcabədi rayonunda kanaldan kişi meyiti çıxarılıb.

Stopnarkotik.az xəbər verir ki, 01 iyul 2025-ci il tarixdə, saat 00:47 rayonun Ağcabədi rayonu Salmanbəyli kənd sakini Əmirov Anar Rəşad oğlunun özünü “Yuxarı Qarabağ” kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsinə suya atması barədə verilmiş xüsusi məlumata əlavə olaraq bildirilir ki, 02 iyul 2025-ci il tarixdə, saat 20:20 dəqiqədə FHN-in dalğıc-axtarış qrupu tərəfindən Əmirov Anar Rəşad oğlunun meyiti “Yuxarı Qarabağ” kanalının Avşar kəndi ərazisindən keçən hissəsindən özünü suya atdığı yerdən təxminən 6 km aralıda aşkar edilərək çıxarılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.