Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, iyunun 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 1 qumbara, 7 tüfəng, 2 patron darağı və 61 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.