Bakıda istirahət mərkəzində FACİƏ: 39 yaşlı kişini "tok" vurub öldürdü

Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib. 

Hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində qeydə alınıb. 

Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb. 

 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır./lent.az