Bakıda küçədə qadın meyiti tapıldı

Dekabrın 22-si saat 16 radələrində​ Bakıda küçədən meyit tapılıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə Yasamal rayonu Mustafa Sübhi küçəsində qeydə alınıb.

Belə ki, üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı meyit qadına məxsusdur.

Ölən şəxsin kimliyini müəyyən etmək məqsədilə tədbirlər həyata keçirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.